İŞİD Türk konsulluğunu ələ keçirdi - (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

İŞİD Türk konsulluğunu ələ keçirdi - (YENİLƏNDİ)

İŞİD-dən Türkiyəyə ağır zərbə: Türk konsulluğu ələ keçirildi

İraq ordusu heç bir müqavimət göstərmədən “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına təslim etdiyi Mosulu geri almaq üçün genişmiqyaslı əməliyyata başlayır.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, bu barədə İraq baş naziri Nuri əl-Maliki bildirib.

Xatırladaq ki, İraq ordu birləşmələri Mosul şəhəri, Kərkük vilayətinin bəzi mahal, nahiyə və kəndləri, həmçinin Tikrit şəhərinə yaxın bir neçə qəsəbəni İŞİD-ə müqavimət göstərmədən təslim edib. Geri çəkilən ordu güclərinin əllərindəki müasir və ağır silahları da İŞİD güclərinə saxladığı bildirilir.

Bütün bunlar isə hər şeyin planlı şəkildə baş verdiyi ilə bağlı iddialara yol açıb. Kərkükdən olan siyasi şərhçi Özdemir Hürmüzlü saytımıza açıqlamasında ortada gizli bir anlaşmanın olduğunu dilə gətirib.

17:53

Almaniyanın AFP xəbər agentliyinə danışan bir təhlükəsizlik səlahiyyətlisi baş konsul Ö.Yılmaz da daxil olmaqla 25 nəfərin qaçırıldığını söyləyib.

Digər bir informasiyaya görə, 2-si uşaq, 3-ü qadın olmaqla 42 nəfər hazırda İŞİD-in əlindədir.

Türkiyə mediası isə baş nazir Rəcəb Tayyib Ərdoğanın bu dəqiqələrdə baş nazir köməkçisi Bəşir Atalay və Milli İstihbarat Təşkilatının (MIT) rəhbəri Hakan Fidan ilə atılacaq addımları müzakirə etdiyini xəbər verib.

İŞİD silahlıları da faktı təstiqləyiblər. Onlar diplomatları naməlum istiqamətə apardıq deyə bəyənat verib.

17:03

“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının silahlıları Türkiyənin Mosul konsulluğunu ələ keçirib.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, konsulluq əməkdaşları girov götürülüb.

Təxminən 40 polisin mühafizə etdiyi konsulluq binasına İŞİD-in 900-dən çox silahlı ilə hücum etdiyi bildirilir.

Türkiyənin Mosul baş konsulu Öztürk Yılmazın da İŞİD silahlılarının əlində olduğu iddia edilir. BBC-nin məlumatına görə, girov götürülən diplomatlar İŞİD-in Mosuldakı mərkəzinə aparılıb.

Xatırladaq ki, Türkiyənin Mosul baş konsulu Öztürk Yılmazın olduğu maşın karvanı 2013-cü il sentyabr və 2014-cü il may aylarında hücuma məruz qalmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm