• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Ə. Davudoğlu: “Konsulluqda vəziyyət normaldır”

  • Dünya
  • 11 İyun 2014 17:50
  • 563 Baxış
Ə. Davudoğlu: “Konsulluqda vəziyyət normaldır”

Xarici İşlər naziri İŞİD-in ələ keçirdiyi Mosuldakı Türkiyə Konsulluğunun vəziyyəti barədə danışıb

Publika.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, İŞİD terrorçuları tərəfindən işğal edilən İraqın Mosul vilayətində Türkiyə Konsulluğu da yerləşir. Xarici İşlər naziri Əhməd Davudoğlu Mosulda baş verənlər və İŞİD tərəfindən qaçırılan 28 “TIR” sürücüsü barədə danışıb. Davudoğlu atışmaların olduğu bölgədə olan Türkiyə Konsulluğunda hələlik narahatlığa səbəb olmadığını qeyd edib:

“Konsulluğumuzla əlaqə saxlamışıq, cənab baş nazirimizlə də görüşmüşük. Cənab konsulumuz hazırda Mosulda icra etdiyi vəzifəsini davam etdirməyin mümkünlüyünü qeyd edib. Ancaq biz də hər cür tədbir alması barəsində təlimat verdik. Az əvvəl yenə cənab konsula danışdım. Mosul Konsulluğunda vəziyyət normaldır. Binanın ətrafında narahatlığa səbəb ola biləcək hər hansı hadisə yoxdur. Baş verə biləcək xoşagəlməz halların qarşısını almaq üçün tədbirlər görmüşük”.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR