İŞİD-i İraqda dəstəkləyən ölkə məlum oldu
Bizi izləyin

Dünya

İŞİD-i İraqda dəstəkləyən ölkə məlum oldu

İŞİD-i İraqda dəstəkləyən ölkə məlum oldu

“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının dünən ələ keçirdiyi İraqın Mosul şəhərinin valisi Türkiyədən kömək istəyib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, vali Useyil Nuceyfi “bu vəziyyətdən çıxmaq üçün Türkiyənin köməyinə ehtiyacımız var” deyib.

Mosul valisi şəhərin İŞİD terror təşkilatı tərəfindən təkbaşına ələ keçirilmədiyini bildirib. Ərbil şəhərində mətbuat konfransı keçirən U.Nuceyfi digər kiçik silahlı qrupların da İŞİD-i dəstəklədiyini ifadə edib.

O, Suriya rejimi ilə İŞİD arasındakı əməkdaşlıq və koordinasiyanı göstərən hesabatların olduğunu vurğulayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm