SOCAR dövlət büdcəsinə 171 milyon ödəyib
Bizi izləyin

Dünya

SOCAR dövlət büdcəsinə 171 milyon ödəyib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2014-cü ilin may ayında dövlət büdcəsinə 171 milyon 136 min manat vəsait ödənilib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2014-cü ilin may ayında dövlət büdcəsinə 171 milyon 136 min manat vəsait ödənilib.

Publika.az-ın şirkətin saytına istinadən məlumat verir ki, bu, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 37 milyon 95 min manat və ya 127,7 faiz çoxdur.

Ümumiyyətlə, 2014-cü ilin yanvar-may aylarında büdcəyə 822 milyon 658 min manat vəsait ödənilib ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 169 milyon 746 min manat və ya 126 faiz çox olub.

Bundan əlavə, cari ilin may ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 164 min manat vəsait köçürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm