Başı təkərin altına düşən uşaq necə sağ qaldı?-VİDEO
Bizi izləyin

Dünya

Başı təkərin altına düşən uşaq necə sağ qaldı?-VİDEO

Başı maşın təkərinin altına düşən uşaq necə sağ qaldı?

VİDEO Braziliyada möcüzə sayıla biləcək avtomobil qəzası baş verib.

Yüksək sürətlə gələn və yolayrıcındakı hərəkətdə olan digər avtomobillə toqquşan sürücü avtomobilini yol kənarında dayanan maşına çırpır.

Nəticədə kənarda hətərəksiz dayanmış maşın yaxınlıqdan keçən nənə və nəvənin üstündən keçir. Videodan aydın görünür ki, avtomobil uşağın başının üstündən keçir. Amma təəccüblü odur ki, uşaq drəhal durub nənəsini yoxlamağa qaçır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Xulio adlı 5 yaşlı uşaq heç bir ciddi zədə almayıb və həkimlər onu həmin gün evə buraxıblar.

Qəza barədə danışan nənə müxbirlərə bildirib ki, o, uşağın başının təkər altında qalıb xurd xəşil olduğunu zənn edib.

“Bizim sağ qalmağımız, əlbəttə ki, Allahın möcüzəsi idi.” İki toqquşan maşınların sürücüləri isə bir-birini ittiham edir.

Hadisədən sonra Braziliya polisi yolayrıcına işıqfor qoymaq qərarına gəlib.

Seymur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm