İŞİD-i Mosuldakı bankdan yarım milyard dollar oğurladı
Bizi izləyin

Dünya

İŞİD-i Mosuldakı bankdan yarım milyard dollar oğurladı

İraqın şimalındakı Mosul şəhərini ələ keçirən “İraq Şam İslam Dövləti” (İŞİD) radikal islamçı qruplaşmasının yaraqlıları dünyanın ən varlı terrorçu təşkilatına çevriliblər.

İraqın şimalındakı Mosul şəhərini ələ keçirən “İraq Şam İslam Dövləti” (İŞİD) radikal islamçı qruplaşmasının yaraqlıları dünyanın ən varlı terrorçu təşkilatına çevriliblər.

Yaraqlılar Mosul banklarından 429 milyon dollar nağd pul ələ keçiriblər.

“İnternational Business Times” xəbər verir ki, bu qədər puldan əlavə İŞİD yaraqlılarının əlinə böyük miqdarda qızıl külçələri də keçib.Mosul şəhərinin yerləşdiyi Naynava əyalətinin qubernatoru bildirib ki, banklarda nə qədər qızılın olduğu dəqiq məlum deyil, ancaq söhbət yüz kiloqramlarla qızıldan gedə bilər.

İŞİD yaraqlıları Mosulda həmçinin aeroportu, həbsxananı, hərbi bazanı və bütün inzibati binaları tutub, binaların üzərindən qara bayraqlar qaldırıblar. /Virtualaz.org/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm