İŞİD Bağdada doğru irəliləyir - Dünya şokda
Bizi izləyin

Dünya

İŞİD Bağdada doğru irəliləyir - Dünya şokda

Mosulu ələ keçirdikdən sonra Bağdada doğru irəliləməyə davam edən İŞİD-in çoxlu sayda bölgəni ələ keçirdiyi bildirilir.

Mosulu ələ keçirdikdən sonra Bağdada doğru irəliləməyə davam edən İŞİD-in çoxlu sayda bölgəni ələ keçirdiyi bildirilir.

Publika.az xəbər verir ki, Mosul valisi şəhəri geri qaytarmaq üçün xalq komitələri yaratdıqlarını deyib.

Yerli mənbələrdən alınan məlumatlara görə, İŞİD Ninova, Anbar və Səlahəddinin çox hissəsini ələ keçirərək, Bağdada doğru istiqamət alıb. İŞİD-in həmçinin Bağdada məxsus olan neft çənlərini və elektrik stansiyalarını nəzarətə götürdüyü qeyd edilir.

Ninova və İraqın ikinci böyük şəhəri olan Mosulda təxminən 500 min adam evlərini tərk edərək kürd bölgələrinə doğru axın edir. Mosulda 2400 məhbusu həbsxanaya yollayan İŞİD hökumət binaları və iki televiziya stansiyasını da ələ keçirib. Kərkük şəhərinə yaxın ərazilərdə İraq ordusu ilə İŞİD arasında qarşıdurmalar getdiyi barədə xəbərlər gəlir.

İraq parlamenti sabah fövqəladə toplantı keçirəcək, Baş nazir Nuri əl Malikinin fövqəladə vəziyyət elan edəcəyi gözlənilir. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm