BMT türk diplomatlarla bağlı bəyanat verdi
Bizi izləyin

Dünya

BMT türk diplomatlarla bağlı bəyanat verdi

BMT Təhlükəsizlik Şurası İraqın şimalındakı Mosul şəhərinə silahlıların hücumunu və Türkiyə konsulluğunun tutulmasını qətiyyətlə pisləyən bəyanat qəbul edib.

BMT Təhlükəsizlik Şurası İraqın şimalındakı Mosul şəhərinə silahlıların hücumunu və Türkiyə konsulluğunun tutulmasını qətiyyətlə pisləyən bəyanat qəbul edib.

BMT Türkiyə diplomatik missiyasının girov götürülən bütün əməkdaşlarının dərhal və təhlükəsiz şəraitdə azad edilməsini tələb edib.

Bu barədə bəyanatı qurumun hazırkı sədri, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin açıqlayıb.

Xatırladaq ki, Mosula vəhhabilərin hücumu zamanı konsulluğun 49 əməkdaşı, həmçinin, bölgədə çalışan 31 türk sürücü girov götürülüb. /Musavat.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm