• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

NATO Türkiyəyə görə fövqəladə iclas keçirdi

  • Dünya
  • 12 İyun 2014 09:22
  • 594 Baxış
NATO Türkiyəyə görə fövqəladə iclas keçirdi

NATO Türkiyənin Mosul şəhərindəki diplomatlarının İraq Şam İslam Dövləti (İŞİD) terrorçuları tərəfindən girov götürülməsi ilə bağlı fövqəladə toplantı keçirib.

Türkiyənin tələbi ilə keçirilən fövqəladə iclasda Mosuldakı proseslər müzakirə olunub.

Saat 22:00-da baş tutan iclasda Türkiyənin NATO-dakı daimi nümayəndəsi Fatih Ceylan məsələni gündəmə gətirib. Ceylan hadisənin necə reallaşdığına dair Ankaradan gələn məlumatları çatdıraraq, Türkiyənin hal-hazırda NATO-da hərbi səviyyədə bir tələb irəli sürmədiyini bildirib.

Qeyd edək ki, İraqda İŞİD silahlıları Türkiyənin Mosuldakı baş konsulu da daxil olmaqla, diplomatları və digər tük vətəndaşlarını girov götürüb. /Ans/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR