Suriya və PKK İŞİD-ə qarşı
Bizi izləyin

Dünya

Suriya və PKK İŞİD-ə qarşı

Suriya və PKK İŞİD-ə qarşı

“İraq Şam İslam Dövləti” (İŞİD) adlanan terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadi Ramazan ayının əvvəlində ələ keçirdikləri ərazidə şəriət dövləti elan edəcək.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Livanın “As-Safir” qəzeti yazıb.

Qəzetin məlumatına görə, İraq ordusundan ayrılaraq Əl-Bağdadinin tərəfinə keçən yüksək rütbəli komandirlər də bu plana dəstək verir.

İraq hökuməti isə Məsud Bərzaninin rəhbərlik etdiyi İraq kürd muxtariyyəti ilə birlikdə İŞİD-ə qarşı mübarizə aparacağını açıqlayıb. Suriya rejimi də İraq hökumətinə “terrora qarşı döyüşdə yardım etməyə hazır olduqlarını” bildirib.

PKK terror təşkilatının siyasi qanadı KCK-nin bəyanatında isə “Kürdüstanın qazandıqları bu gün açıq bir təhdid altındadır. Ancaq Kürdüstan müdafiəsiz deyil” deyilir. KCK PKK-nın “Cənubi Kürdüstan”ın təhlükəsizliyini təmin etmək üçün aktiv döyüşə hazır olduğunu açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm