• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

İraq ordusu Kərkükdən bu cür qaçdı – Video

  • Dünya
  • 12 İyun 2014 12:42
  • 1 023 Baxış
İraq ordusu Kərkükdən bu cür qaçdı – Video

İŞİD Mosul, Tikritdən sonra Kərkükə də hücum etdi.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, vəhhabilərdən ibarət İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı İraqda böyük əməliyyatlar keçirməkdə davam edir.

Belə ki, İŞİD Mosuldan sonra Tikritdən də İraq ordusunun qaçmasına nail olub. Məhz bunlardan sonra İŞİD İraq Kürd Regional Rəhbərliyinin tabeçiliyində olan Kərkük vilayətinə də hücum edib. Eyni zamanda, Kərkükdə olan 47-ci Diviziya Qərargahına basqın olunub. Nəticədə 24 hərbi avtomobil, bir ambulans, 200 Kalaşnikov avtomatı, 2 minaaxtaran cihaz, 3 raket və əl bombalarını ələ keçirib.

Təqdim etdiyimiz videolarda İraq ordusunun mülki geyimlərlə Kərkükdən qaçdığı görünür.

Xatırladaq ki, İŞİD ələ keçirdiyi hərbi avtomobilləri Suriyaya göndərib.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR