Ankara “Arxa qapı əməliyyatı”nı seçdi
Bizi izləyin

Dünya

Ankara “Arxa qapı əməliyyatı”nı seçdi

Ankara “Arxa qapı əməliyyatı”nı seçdi

“İraq Şam İslam Dövləti” (İŞİD) adlanan terror təşkilatının İraqın Mosul şəhərindəki Türkiyə konsulluğunu ələ keçirməsi Ankaranı hərəkətə gətirdi.

Publika.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ankara baş konsul da daxil olmaqla 49 türk vətəndaşının girovluqdan azad edilməsi üçün bütün mümkün variantları müzakirə edir.

Türkiyə mətbuatının yazdığına görə, dünən baş nazir Rəcəb Tayyib Ərdoğan və prezident Abdulla Gülün də iştirak etdiyi “Mosul zirvəsi”ndə masada aşağıdakı variantlar olub.

”Arxa qapı əməliyyatı”

Türkiyənin Mosuldakı baş konsulluğuna hücum xəbərinin təsdiqlənməsindən dərhal sonra hökumət iki kanal vasitəsilə işə başladı. Onlardan biri NATO, BMT, ABŞ, İraq mərkəzi hökuməti və regional kürd rəhbərliyi ilə qurulan diplomatik təmaslar idi. İkincisi isə İŞİD-lə əlaqəli qruplar, eyni zamanda, terror təşkilatı üzərində təzyiq qura biləcək qrup və şəxslərlə qurulan əlaqələr idi. “Arxa qapı əməliyyatı” adlandırılan bu əməliyyatda Milli İstihbarat Təşkilatı (MİT) aktiv rol oynadı. Konsulluq binasına silahlı bir qrupun hücum etməsi və həmsöhbətin bir dövlət olmaması “Arxa qapı əməliyyatı”nı zəruri edirdi.

İlk mərhələdə hərbi əməliyyat risklərə yol aça bilər

“Mosul zirvəsi”ndə aparılan müzakirələrdə 49 türk vətəndaşının sağ-salamat azad edilməsi üçün bütün variantlardan danışıldı. Ancaq İŞİD-in bölgədəki hazırkı fəaliyyət taktikası klassik girov əməliyyatı planını ikinci plana itələyib. İlk mərhələdə hərbi əməliyyatın risklərə yol aça biləcəyi bildirilir.

Dünən Türkiyə mətbuatında yayılan məlumatlara görə, İŞİD-in girov götürdüyü türk sürücülərinin azad edilməsi üçün 5 milyon dollar tələb edib. Təhlükəsizlik və kəşfiyyat mənbələri türk sürücülərin üçün tələb edildiyi iddia olunan vəsaitin müzakirə mövzusu olmadığını, hansısa bir bazarlığın günboyu gündəmə gəlmədiyini ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm