Türk “F-16”-ları Mosul üzərində
Bizi izləyin

Dünya

Türk “F-16”-ları Mosul üzərində

Türk “F-16”-ları Mosul üzərində

Türkiyə İraq ərazisində hərbi əməliyyatlara başlaya bilər.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinə məxsus “F-16” qırıcıları Mosul şəhəri üzərində kəşfiyyat uçuşları həyata keçirib.

Mosul şəhəri hazırda “İraq Şam İslam Dövləti” (İŞİD) adlanan terror təşkilatının əlindədir. “F-16”ların kəşfiyyat uçuşları hərbi əməliyyatlara hazırlıq olaraq qiymətləndirilib.

Xatırladaq ki, dünən Türkiyənin Mosul baş konsulluğuna hücum edən İŞİD 49 türk vətəndaşını girov götürüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm