Rus tankları Ukrayna sərhədini keçdi - Rəsmi məlumat
Bizi izləyin

Dünya

Rus tankları Ukrayna sərhədini keçdi - Rəsmi məlumat

Rus tankları Ukrayna sərhədini keçdi - Rəsmi məlumat

Rusiya Ukrayna ordusuna qarşı tanklardan istifadə edir.

Axar.az xəbər verir ki, bu barədə “censor.net” saytının baş redaktoru Yuri Butusov məlumat verib.

Məlumat Ukrayna Daxili İşlər naziri Arsen Avakov tərəfindən də təsdiq olunub.

“Bu gün gecə 3 ədəd T-72 tankı Ukrayna dövlət sərhədini Rusiya tərəfdən pozub. Tanklardan biri Snejnoe yaşayış məntəqəsində yerləşib. İki tank isə şəhərdən çıxıb. Snejnoe yaxınlığında həmin tanklar Ukrayna hərbçiləri tərəfindən ələ keçirilib. Döyüş gedir. T-72-lərdən birinin vurulduğu haqda məlumat var”,deyə Avakov bildirib.

Digər bir məlumata görə isə, Ukrayna sərhədində rus ordusuna məxsus zirehli texnika və BM-21 “Qrad” reaktiv yaylım atəşi sistemləri yerləşdirilib və onlar hər an Ukrayna ərazisinə daxil ola bilərlər.

Snejnoe sakinləri daxili işlər orqanlarına bildiriblər ki, şəhərə daxil olan tankların ekipajları rus olduqlarını gizlətmirlər və Ukraynanı azad etməyə gəldiklərini deyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm