Ermənistanda partiya sədrinin məhkəməsində atışma, yaralılar var - (Video)
Bizi izləyin

Dünya

Ermənistanda partiya sədrinin məhkəməsində atışma, yaralılar var - (Video)

Ermənistanın həbsdə olan Çexarkon Partiyasının rəhbəri Şanta Arutunyanın məhkəməsi başlayan ərəfədə məhkəmə binası önündə insident yaşanıb.

Erməni mətbuatı xəbər verir ki, binanın qarşısında olan gənc oğlan qəflətən yoldan keçən avtomobilin üzərinə çıxaraq ətrafdakı insanlara “bu maşının içində bomba var” deyə qışqırıb.

Polislər gənc oğlana yaxınlaşaraq onu maşının üzərindən aşağı endirmək istəyəndə o, üzərində olan tapança ilə onlara atəş açıb. Nəticədə bir neçə polis yaralanaraq xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs Ermənistan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb (avropa.info).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm