Rus tankları Donbasa istiqamət aldı - VİDEO
Bizi izləyin

Dünya

Rus tankları Donbasa istiqamət aldı - VİDEO

Ukrayna sərhədlərini keçib Makeyevkaya çatan Rusiya tanklarının Donbas şəhərinə istiqamət aldığı xəbəri gəlib.

Ukrayna sərhədlərini keçib Makeyevkaya çatan Rusiya tanklarının Donbas şəhərinə istiqamət aldığı xəbəri gəlib.

Bu barədə şəhər sakinləri, həmçinin Daxili İşlər naziri Arseni Avakov məlumat yayıb. Şahidlərin dediyinə görə, bir neçə tankdan ibarət avtomobil karvanının önündə Rusiya bayrağı sancılmış BTR yer alıb. Avakov da məsələnin qəlizliyinə işarə edib.

Bir qədər öncə isə "5-ci kanal"ın efirində çıxış edən UDAR partiyasından deputat Sergey Kaplin narahatlığını gizlətməyib. O bildirib ki, rus tanklarının sərhədi keçməsinin adı müharibənin başlanması deməkdir. Kaplin təcili şəkildə Ukrayna hökumətindən təcili addımlar atmağı tələb edib.

Xatırladaq ki, bir neçə saat bundan öncə telefon danışığında Ukrayna Prezidenti Pyotr Poroşenko Rusiya dövlət başçısı Vladimir Putinin diqqətinə tankların hərəkətini yolverilməz saydığını çatdırmışdı. /Axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm