• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Obama nikotin saqqızıyla yaşayır

  • Dünya
  • 13 İyun 2014 11:26
  • 647 Baxış
Obama nikotin saqqızıyla yaşayır

ABŞ Prezidenti Barak Obama gündəlik dərman qəbul etməyə məcbur qaldığı ağ ciyərindəki vitamin D çatışmazlığı və sağ ayağındakı ağrı nəzərə alınmazsa, tamamilə sağlamdır.

Axar.az məlumat verir ki, Prezidentin şəxsi həkimi Ronni L. Ceksona görə, 52 yaşlı Obamanın dövlət başçısı kimi səlahiyyət müddəti bitənə qədər sağlamlığı ilə bağlı heç bir problem çıxmamalıdır. Obama yaxşı fiziki formada qaldığı üçün sağlam həyat tərzi və balanslaşdırılmış pəhrizə, cüzi miqdarda alkoqol qəbul etməsinə, siqaret çəkməməsinə borcludur. Bu işdə isə Prezidentə nikotin saqqızı kömək edir.

Obama nikotin saqqızından əlavə hər gün orqanizmdə olan çatışmazlıqları aradan qaldırmaq üçün D vitamini qəbul edir. Sağ ayağındakı ağrı bəzən Prezidenti reseptsiz ağrıkəsicilər qəbul etməyə məcbur edir.

Qeyd edək ki, Amerikanın bütün dövlət başçıları ilə müqayisədə 2011-ci ilin oktyabr ayında keçdiyi son tibbi müayinədən sonra demək olar ki, heç dəyişməyib. Onun çəkisi 81,5 kq, boyu isə 1 metr 85 santimetrdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR