Ukrayna ordusu Mariupolda qələbəyə yaxındır - VİDEO
Bizi izləyin

Dünya

Ukrayna ordusu Mariupolda qələbəyə yaxındır - VİDEO

Ukrayna ordusu Mariupolda qələbəyə yaxındır

Ukrayna ordusu Donetsk vilayətinin Mariupol şəhərində uğurlu döyüş əməliyyatları keçirib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, daxili işlər naziri Arsen Avakov şəhərdə terrorçuların əsas dayaq məntəqələrinin ələ keçirildiyini bildirib.

Nazirin sözlərinə görə, yerli vaxtla gecə 4:50 radələrindən başlayan əməliyyatlarda 5 terrorçu öldürülüb, bir zirehli texnikası isə məhv edilib. Ukrayna ordusunun 2 hərbçisi yaralanıb.

“Hazırda terrorçuların bütün əsas dayaq məntəqələri nəzarət altına alınıb. Terrorçuların snayper nöqtələri məhv edilib. Qarşı tərəfin itkiləri artır. Əməliyyatlar davam edir. Mariupol poladəridənlərin şəhəri olmalıdır, şəhər quldurların hökmü altında işləməməlidir!”, - nazir bildirib.

Ukrayna xalq deputatı Oleq Lyaşko isə “facebook” səhifəsində paylaşdığı bir məlumatda terrorçu qruplardan birinə Krım milisinin rəhbərlik etdiyini bildirib. O, Mariupol bankının terrorçulardan tamamilə azad edildiyini, şəhərin küçələrində təmizləmə əməliyyatının davam etdiyini qeyd edib. Terrorçuların Artyom küçəsində ciddi müqavimət göstərdiyi bildirilir.

Məlumata görə, Mariupol şəhərində terrorçulara qarşı əməliyyatları “Azov” batalyonu və “Dnepr-1” qrupunun xüsusi bölmələri həyata keçirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm