Ukraynalı zabit: “İraqda xidmət etmək Donbasdakından asan idi”
Bizi izləyin

Dünya

Ukraynalı zabit: “İraqda xidmət etmək Donbasdakından asan idi”

Ukraynalı zabit: “İraqda xidmət çəkmək Donbasdakından asan idi”

Ukraynanın şərqindəki əməliyyatlarda iştirak edən zabitlər etiraf ediblər ki, Kosovoda, İraqda xidmət etmək Donbasa nisbətən daha asan idi.

Publika az. xəbər verir ki, bu barədə ukraynalı hərbi jurnalist Dmitri Qnap öz “Facebook” səhifəsində belə yazıb : “Kosovoda ancaq şəhərin ucqar yerlərində güllə səsi eşidərdin. İraqda pusquya düşdüyümüz vaxtlar olurdu, hərdən qranatamyotdan atəşə tutulurduq. Ancaq bu, nadir hallarda olurdu. Slavyansk isə tam fərqlidir. Burada əsl müharibə gedir. Gah avtomatdan, gah minomyotdan atəşə tutulurduq. Minalardan qorunmaq daha çətindir. Qəlpələr yük maşınını deşir, insana dəyəndə əl-ayağını yerindən qoparır. Əvvəl elə bilirdik, bu dəhşət uzağı 10-15 günə qurtarar. Ancaq indi düşünürük ki, belə deyil”.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm