ABŞ İraqda hava əməliyyatına başlayır
Bizi izləyin

Dünya

ABŞ İraqda hava əməliyyatına başlayır

ABŞ İraqda hava əməliyyatına başlayır

“ABŞ Dövlət Administrasiyası İraq hakimiyyətinə yardımın müxtəlif variantlarını müzakirə edir. Bura birbaşa hərbi müdaxilə də daxildir”.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ prezidenti Barak Obama Avstraliyanın baş naziri Toni Ebbottomla Ağ Evdə keçirdiyi görüşdə deyib.

ABŞ prezidenti İraq və Suriyada radikal islamçı təşkilatların daimi məskən salmasında maraqlı olmadığını dilə gətirib. B.Obama İraqın ABŞ-ın yardımına ehtiyac olduğunu bildirib.

Ağ Evin sözçüsü Cey Karni qeyd edib ki, radikal islamçı təşkilatların mövqelərinə hava zərbələrinin endirilməsi istisna olunmur. O, ABŞ hərbçilərinin quru hərbi əməliyyatlarda iştirakının isə gündəm olmadığını söyləyib.

Xatırladaq ki, “İraq və Şam İslam Dövləti” (İŞİD) adlanan terror təşkilatı İraqın ikinci böyük şəhəri olan Mosulu, həmçinin keçmiş prezident Səddam Hüseynin doğma şəhəri Tiqriti ələ keçirib. Növbəti hədəfin isə Samara şəhəri olduğu deyilir. Silahlı qruplaşmanın Bağdada yaxınlaşdığı barədə məlumatlar var. Bu isə ölkənin parçalanması barədə narahatlığı artırıb. Siyasi müşahidəçilərin fikrincə, İraqın üç – sünni, şiə və kürd regionları arasında sərhəd xətti özünü daha açıq şəkildə biruzə verməyə başlayıb.

İraq Müdafiə Nazirliyi dünən Mosul və Tiqritdə möhkəmlənən İŞİD-in mövqelərinə hava zərbələrinin endirildiyini xəbər verib. BBC-nin İraqda olan müxbiri təşkilatın müharibə aparmaq üçün Mosul şəhərini dayaq məntəqəsinə çevirmək istədiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm