“Qardaşlar” elektrikli polad divarla ayrıla bilər
Bizi izləyin

Dünya

“Qardaşlar” elektrikli polad divarla ayrıla bilər

“Qardaşlar” elektrikli polad divarla ayrıla bilər

Dneprepetrovsk vilayəti dövlət administrasiyasının sədri İqor Kolomoyski Donetsk, Luqansk və Xarkov vilayətlərinin Rusiya ilə sərhədində divar inşa etməyi təklif edib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, Dneprepetrovsk vilayəti divarın texniki-iqtisadi əsaslandırması barədə mühəndislik layihəsini Ukrayna prezident administrasiyasına təqdim edib.

Onun sözlərinə görə, məhz “Mannergeym xətti” Finlandiyanı Stalindən xilas edib: “Ukrayna da özünü Putindən qorumaq üçün belə bir xətti tikməlidir. İsrail-Fələstin sərhədində tikilən divar da terrorçuların hücumlarını dəf etməyə imkan verir”.

Layihəyə görə, tikanlı məftillərlə təmin edilən və poladdan olan divarın 5-6 ay ərzində inşası nəzərdə tutulur. Dinc sakinlərin və heyvanların maneəsiz keçməsi üçün imkan yaradılmalıdır. Qazılan xəndəklər isə zirehli texnikanın keçməsini qeyri-mümkün etməlidir. Polad divara elektrik cərəyanı da buraxıla bilər.

Divar Ukrayna ordusu, Sərhəd Xidməti və Milli Qvardiya tərəfindən mühafizə ediləcək. İ.Kolomoyski bildirir ki, layihənin icrası Rusiyadan terrorçuların, həmçinin silah-sursatın Ukraynaya keçməsinin qarşısı alına bilər.

1920 kilometrlik Rusiya-Ukrayna dövlət sərhədi boyunca inşa edilməsi təklif olunan divarın dəyəri təxminən 100 milyon avro təşkil edəcək. “Dnepr-1” xeyriyyəçilik fondu da layihəni maliyyələşdirməyə hazır olduğunu bildirib. Fonddan bildirilib ki, bunun üçün Ali Baş Komandanın icazəsi lazımdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm