• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İŞİD haradan maliyyələşir? – Şok təfərrüat

  • Dünya
  • 13 İyun 2014 13:46
  • 828 Baxış
İŞİD haradan maliyyələşir? – Şok təfərrüat

İŞİD Suriya və İraqda işğal etdiyi ərazilərdən çıxan nefti Türkiyəyə satıb 800 milyon dollar qazanıb

Publika.az xəbər verir ki, “Tərəf” qəzetinə müsahibə verən CHP-nin Hatay millət vəkili Məhmət Əli Ədiboğlu İŞİD-in Türkiyəyə 800 milyon dollarlıq neft satdığını deyib. Ədiboğlu İŞİD-lə bağlı araşdırmaların nəticə verdiyini bildirib: “Hatay, Antep, Urfa və Kilis sərhədlərindən gizli boru xəttləri ilə neft nəql edən İŞİD onu Türkiyəyə satıb 800 milyon dollar qazanıb”.

Millət vəkili deyib: “İŞİD bu il işğal etdiyi ərazilərindən (Suriyanın şimalındakı Rumeylan neft bölgəsi və Mosul – red.) 800 milyon dollarlıq nefti Türkiyəyə satır, Hatay (Türkiyənin Suriya ilə sərhəd bölgəsi – red.) sərhədinə yaxın kəndlərdən borular çəkir. Buna bənzər borular Kilis, Urfa və Qaziantepdə də var. Nefti Türkiyəyə satıb pul qazanırlar. Neft buruqları gətirirlər, hərçənd onların heç bir dəyəri yoxdur. Suriya sərhədinə yaxın yerlərdə primitiv üsullarla neft çıxarırlar və bu, Türkiyə vasitəsilə ixrac olunur. Bu neftin dəyəri də 800 milyon dollardır”.

Vüsal Tağı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR