• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ukrayna ordusu Rusiya ilə sərhədini nəzarətə götürür

  • Dünya
  • 13 İyun 2014 15:53
  • 399 Baxış
Ukrayna ordusu Rusiya ilə sərhədini nəzarətə götürür

Ukrayna ordusu Rusiya ilə dövlət sərhədini nəzarətə götürür.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko brifinqində bildirib.

Prosesin sabah səhərə kimi başa çatdırılması nəzərdə tutulub. A.Qeraşenko qeyd edib ki, Rusiya-Ukrayna sərhədinin ordu tərəfindən nəzarətə götürülməsində əsas məqsəd Rusiyadan gələn terrorçuların, həmçinin silah-sursatın Ukrayna ərazisinə keçməsinin qarşısını almaqdır.

“Düşünürəm ki, sabah səhər saatlarına kimi dövlət sərhədi tamamilə Ukrayna Silahlı Qüvvələri tərəfindən nəzarətə götürüləcək. Bütün yollara zirehli texnika nəzarət edəcək. Ukraynanın ərazisinə daxil olmağa cəhd edən bütün terrorçular məhv ediləcək”, - A.Qeraşenko vurğulayıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR