Ukrayna ordusu Luqanska hücuma hazırlaşır
Bizi izləyin

Dünya

Ukrayna ordusu Luqanska hücuma hazırlaşır

Ukrayna ordusu Luqanska hücuma hazırlaşır

Ukrayna ordusu Luqansk vilayəti istiqamətində ağır texnika toplayır.

Publika.az-ın “RİA-Novosti” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Luqansk Xalq Respublikası” mətbuat xidmətinin rəhbəri Vladimir İnoqorodski bildirib.

O həmçinin hazırda şərti cəbhə xəttində vəziyyətin sabit olduğunu və vaxtaşırı lokal toqquşmaların olduğunu deyib. V.İnoqorodskinin sözlərinə görə, Ukrayna ordusunun hazırda əsas məqsədi “Luqansk Xalq Respublikası”na humanitar yüklərin çatdırılmasının qarşısını almaqdır.

Qeyd edək ki, Ukrayna ordusu bu gün Donetsk vilayətində uğurlu antiterror əməliyyatları keçirib. Şəhər Azov dənizi sahilində yerləşməklə strateji əhəmiyyət daşıyır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm