Gülənin yaxını xəbərdarlıq etdi: “Çox pis şeylər olacaq”
Bizi izləyin

Dünya

Gülənin yaxını xəbərdarlıq etdi: “Çox pis şeylər olacaq”

“Zaman” yazarı F.Gülənin vəkilinin yeni səs qeydlərinin də ortaya çıxa biləcəyi xəbərdarlığı edib. “Hörmətli baş nazirin ifadələri beyinlərimizə bir mismar kimi çaxılan bu sözləri ağla gətirir: Deməli, çox pis şeylər olacaq”, - H.Gülerce söyləyib.

Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğanın Gülən camaatı ilə bağlı açıqlamalarına işarə edən yazar Hüseyn Gülerce “çox pis şeylər olacaq” söyləyib.

Publika.Az –ın verdiyi xəbərə görə, “Zaman” qəzetinin Fətullah Gülənə yaxın şəxslər arasında göstərilən H.Gülerce hökumət və camaaat döyüşünü bir zolaqlı körpüdə baş-başa gələn iki avtomobilə bənzədib.

“Zaman” yazarı F.Gülənin vəkilinin yeni səs qeydlərinin də ortaya çıxa biləcəyi xəbərdarlığı edib. “Hörmətli baş nazirin ifadələri beyinlərimizə bir mismar kimi çaxılan bu sözləri ağla gətirir: Deməli, çox pis şeylər olacaq”, - H.Gülerce söyləyib.

“Sui-istifadə və rüşvət istintaqı"nda baş nazir “səhər əməliyyat başladı, xəbər günorta mediaya sızdırıldı, axşam da həbs qərarları verildi” deyərək baş verənləri tənqid etmişdi. İndi eyni şey edilmirmi? Demokratikləşmə, hüququn üstünlüyü və azadlıqlar bir zolaqlı körpüdədir. O körpü Türkiyədir. İki avtomobil baş-başa vuruşacaq. Qardaşlığımıza, dincliyimizə zərər olacaq”, - yazar daha sonra bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm