Cihad, yoxsa rus-erməni fitnəsi? – Krım tatarları təhlükə qarşısında
Bizi izləyin

Dünya

Cihad, yoxsa rus-erməni fitnəsi? – Krım tatarları təhlükə qarşısında

Cihad, yoxsa rus-erməni fitnəsi? – Krım tatarları təhlükə qarşısında

Suriya vətəndaş müharibəsindən qayıdan Krım tatarları sahibkarlarının himayəsi altında Rusiyaya qarşı çıxış etməyə hazırlaşırlar.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Krımdakı mənbələr Rusiyanın “Regnum” informasiya agentliyinə bildirib.

Bildirək ki, “Regnum” informasiya agentliyinin baş redaktoru Akopyan Viqen milliyyətcə ermənidir. Bu baxımdan da agentliyin verdiyi informasiyanın da dolğunluğuna müəyyən qədər şübhə etmək olar. İnformasiyaya nədən şübhəli baxdığımız barədə isə bir qədər sonra danışacağıq.

Qeyd olunur ki, Krım tatarları, əsasən, xırda və orta biznes, qida məhsullarının topdansatışı və pərakəndə bazar ticarəti kimi sahələrdə işləyirlər. Mənbə bildirir ki, Suriyadan qayıdan “veteran cihadçılar” tatar sahibkarlarının himayəsi altında leqallaşaraq yenidən normal həyata qayıdırlar. Krım tatarlarından olan sahibkarlar Krımda bir neçə nəqliyyat şirkətinə nəzarət edir. Bu şirkətlər yarımada ərazisində şəhərlərarası və şəhərdaxili sərnişin daşınmaları həyata keçirirlər. Yerli mənbələrin məlumatlara görə, daşınmalardan gələn gəlirin bir hissəsi Krım Müsəlmanları Mənəvi İdarəsinin nəzarəti altında olan Krım müsəlman icmalarına verilir.

“Regnum”un Krımdakı mənbələrin məlumatlara görə, Krım Müsəlmanları Mənəvi İdarəsinin başçısı, Krım müftisi Emirali Ablayev Krım Tatar Məclisi ilə sıx bağlıdır. Krım Tatar Məclisinin isə öz növbəsində, “Müsəlman Qardaşları” Təşkilatı (İxvani Müslim) ilə əməkdaşlıq etdiyi deyilir. Deyilənə görə, Krım Tatar Məclisi -“Müsəlman Qardaşları” ittifaqı Krım Müsəlmanları Mənəvi İdarəsinin fondlarının maliyyə axınına nəzarət edir.

“Müsəlman Qardaşları“ Təşkilatı Suriyadakı vətəndaş müharibəsini maliyyələşdirir. Krım Müsəlmanları Mənəvi İdarəsi 1990-cı illərin ortalarından faktiki olaraq bu təşkilatla işləyir”, - “Regnum”un yerli mənbəyi bildirib.

Mənbə qeyd edib ki, Krım Müsəlmanları Mənəvi İdarəsinin nəzarətində olan bütün müsəlman icmaları “Müsəlman Qardaşları” ilə eyni işləri icra edir. Məsələn, Suriya vətəndaş müharibəsinin maliyyələşdirilməsində. Mənbə danışır ki, Krım Tatar Məclisi - “Müsəlman Qardaşları” ittifaqı Krım Müsəlmanları Mənəvi İdarəsindən gələn vəsaitləri Bəşər Əsədin rejiminə qarşı Suriyada vuruşan tatarlara ötürür. “Krım Müsəlmanları Mənəvi İdarəsinin siyahılarında bu vəsaitlər zəkat kimi qeyd olunur”, - mənbə deyir.

Mənbə bildirir ki, Ukraynanın yeni prezidenti Pyotr Poroşenkonun andiçmə mərasimindən verdiyi “Krım Ukraynanındır, Ukraynanın da qalacaq” bəyanatından sonra Krım Tatar Məclisinin antirus fəaliyyəti kifayət qədər aktivləşib: “Hazırda Krım Tatar Məclisi Kiyevin tərəfində dayanır, Kiyevə bildirirlər ki, Krımda nəsə etmək lazımdır. Axı Poroşenkonun seçkiqabağı vədlərindən biri də Krımın Ukrayna tərkibinə qaytarılması olub”.

Onun sözlərinə görə, Ukrayna prezidentinin Krım strategiyasında Krım Tatar Məclisindən istifadə etmək istəyəcəyi istisna edilmir: “Tamamilə mümkündür ki, Poroşenko “Krım layihəsi”nə Suriya vətəndaş müharibəsinin iştirakçılarını cəlb etməyə başlayacaq. Hansı ki, onlar tatar sahibkarların himayəsi altında işləyirlər. Hər bir antirus tatar tatar icması ilə örtünməyə çalışacaq. Bu icma cihad üçün canlı qalxandır”.

Mümkündür ki, bu informasiyalarda müəyyən həqiqətlər olsun. Yuxarıda da qeyd etdik ki, sözügedən informasiyaların dəqiq olması ilə bağlı şübhələrimiz var.

Şübhələrimiz birinci növbədə onunla bağlıdır ki, “Regnum” informasiya agentliyinin baş redaktoru Akopyan Viqen milliyyətcə ermənidir. İnformasiyanın dezinformasiya olması istisna edilmir. Ermənilərin Krımla bağlı müəyyən planları var. Bir müddət əvvəl Krım tatarlarından olan jurnalist Osman Paşayev yarımadadakı ermənilərlə bağlı “facebook” səhifəsində şok bir iddia irəli sürmüşdü. Jurnalist bildirmişdi ki, Krımda insanların ələ keçirilərək döyülməsinin əsas baiskarları erməni Martoyan qardaşlarıdır. O.Paşayevin sözlərinə görə, Martoyan qardaşları Krım baş nazir Sergey Aksyonovla birgə Rusiya prezidenti Vladimir Putinə xidmət edir. Jurnalist hesab edir ki, Putin bununla da Krım tatarları və ermənilərin qarşıdurmasına nail olur.

“150 min erməninin Krıma köçürülməsi barədə Bezaziyevin ideyası da məhz bu kateqoriyadandır. 1990-cı illərdə Krım erməniləri bəhanəsi ilə Şevev-Danelyan quldur qarabağlıları Krıma gətirirdilər”, - tatar jurnalist yazırdı.

Aydın məsələdir ki, Rusiyanın əlinə keçən Krım ermənilər üçün cəlbedici məkan sayılır. Ermənilərin Krıma köçmək planları yenidən aktuallıq qazanıb. Ermənilərin Krımda geniş meydan qazanmasına birinci maneə isə heç şübhəsiz ki, Krım tatarları olacaq. Yuxarıda da qeyd etdik ki, Krım tatarları əsasən xırda və orta biznes, qida məhsullarının topdan satışı və pərakəndə bazar ticarəti kimi sahələrdə işləyirlər. Bundan başqa, Krım tatarlarından olan sahibkarlar Krımda bir neçə nəqliyyat şirkətinə nəzarət edir. Bu şirkətlər yarımada ərazisində şəhərlərarası və şəhərdaxili sərnişin daşınmaları həyata keçirirlər. Bu şirkətlərin əldə etdiyi gəlirin Krım Müsəlmanları Mənəvi İdarəsinin nəzarəti altında olan Krım müsəlman icmalarına verilməsi, bu pulun da müəyyən hissəsinin Suriyada vuruşan terrorçuların maliyyələşdirilməsinə ötürülməsinin gündəmə gətirilməsinin arxasında müəyyən hədəflər ola bilər. Əgər sözügedən informasiya təxribat xarakterlidirsə, deməli əsas məqsəd “tatar sahibkarları terrorçularla işbirliyindədir” görüntüsü yaratmaqdır. Belə olan halda isə onların nəzarət etdiyi sahələrdən uzaqlaşdırılması gündəmə gələ bilər.

İnformasiyanın dolğunluğuna şübhə yaradan ikinci faktor isə “Regnum”un Rusiyanın olması və Moskvanın Krım siyasətinə dəstək verməsidir. Moskvaya sədaqət andı içməyən Krım tatarları Ukraynanın digər regionlarına köç edib. Moskva ona sədaqət andı içənlərə isə tam etibar etmir. Onların böyük əksəriyyəti iş yerini itirmək istəmədiyi üçün Rusiyanın Krım işğalını tanıyan tatar sahibkarlarıdır. Moskva özünü “şübhəli” aparan tatarlarını cəzalandırmaq fikrinə düşə bilər. Onların adının terrorizmin maliyyələşdiriməsində çəkilməsi isə Moskvanın əlinə bəhanə verir.

Bir sözlə, Krım tatarlarına cəbhənin açılması həm ermənilərin, həm də Moskvanın maraqlarına tam uyğun gəlir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm