Obamanın reytinqi düşüb
Bizi izləyin

Dünya

Obamanın reytinqi düşüb

Obamanın reytinqi düşüb

ABŞ vətəndaşlarının prezident Barak Obamaya etimadları azalıb.

Publika. az xarici mətbuata istinadən xəbər verir ki, “Gallup”un bir neçə gün əvvəl müxtəlif ştatlarda keçirdiyi sosioloji sorğudan belə məlum olub.

Sorğuda ümumilikdə 1207 vətəndaş iştirak edib.

Respondentlərin cəmi 47 faizi hesab edir ki, prezident sadə vətəndaşların problemlərini anlayır, 45 faiz Obamanı güclü lider kimi görür. Dövlət başçısının ölkədəki problemlərin həllinə dair planının olmasına isə cəmi 39 faiz inanır.

Bundan əlavə, sorğuda iştirak edənlərin 66 faizi Kubada yerləşən Quantanamo həbsxanasının bağlanmasını səhv qərar hesab edirlər.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm