Şahnazaryan: “Rusiya səfiri ölkədən çıxarılmalıdır”
Bizi izləyin

Dünya

Şahnazaryan: “Rusiya səfiri ölkədən çıxarılmalıdır”

Şahnazaryan: “Rusiya səfiri ölkədən çıxarılmalıdır”

Ermənitan “Həmrəylik” Araşdırma Mərkəzinin direktoru, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan Rusiyanı qəzəbləndirəcək təkliflə çıxış edib.

Publika.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, keçmiş baş kəşfiyyatçı Rusiyanın Ermənistandakı səfiri İvan Volıkinin ölkədən çıxarılmalı olduğunu bildirib.

D. Şahnazaryan həmçinin qeyd edib ki, Rusiya dövlət televiziyasının aparıcısı, Kreml siyasətinin əsas təbliğatçısı sayılan Dmitri Kiselyov və “Odnako” jurnalının baş redaktoru Mixail Leontyevin Ermənistana girişi qadağan edilməlidir.

Xatırladaq ki, “Rusiya bu gün” informasiya agentliyinin də baş direktoru olan D.Kiselyov Ermənistanda rus dilinə ikinci dövlət statusunun verilməsi məsələsini qaldırıb. Bunu Ermənistan üçün təhqir adlandıran D.Şahnazaryan hakimiyyətin də istənilən təhqirlərə dözməyə hazır olduğunu deyib. D.Şahnazaryan Ermənistanın parlamentinin Rusiyanın əsas təbliğatçısının qalmaqallı bəyanatına reaksiya verməməsini də sərt şəkildə tənqid edib.

“Onlar bizim dövlət quruluşumuza hörmət etmirlər. Bu, Rusiyanın bizə münasibətidir”, - Şahnazaryan deyib.

Qeyd edək ki, M.Leontyev da tez-tez erməniləri qıcıqlandıracaq fikirlər irəli sürür. Onun qələmə aldığı “Hazırkı Ermənistan yalnız Rusiyanın sayəsində peyda olub” məqaləsini xatırlatmaq kifayət edər.

M.Leontyevin məqalədəki fikirləri isə aşağıdakı kimi idi:

“Əslində, Ermənistan ideal baş tutmamış dövlət nümunəsi ola bilərdi. Rusiya olmasaydı. Çox böyük ehtimalla, o heç xəritədə də olmazdı. Ermənistan qədim, böyük sivilizasiyadır. Lakin biz özlərindən sonra yalnız tarixi abidələr və mədəniyyətlər qoyub getmiş çoxlu sayda qədim və böyük sivilizasiyalar tanıyırıq.

Hazırkı vəziyyətdə Ermənistan yalnız Rusiyanın sayəsində peyda olub və yalnız onun sayəsində yaşamaqda davam edir. Güc çətiri bir tərəfə qalsın, Rusiya qazı və Rusiya transferlərindən total asılılıq buna birbaşa sübutdur”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm