• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Separatçılar Rusiyanı “satdı” - Video

  • Dünya
  • 14 İyun 2014 12:05
  • 703 Baxış
Separatçılar Rusiyanı “satdı” - Video

Xəbər verdiyimiz kimi, Rusiya tanklarının Ukraynanın Donetsk vilayətində olması barədə videokadrlar yayılıb. “YouTube”da yayılan videokadrlardan da görünür ki, Rusiya tankları Snejmon, Toreze və Makeyevka şəhərinin küçələrində şütüyür.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, yayılan videokadrları ABŞ da təsdiqləyib.

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Marie Harf Ukrayna ərazisində rus tanklarının olduğunu bildirib. O, Rusiyanın separatçılara tanklarla yanaşı reaktiv yaylım atəş sistemləri də verdiyini deyib.

Ukraynanın separatçıların nəzarət etdiyi ərazilərdə görünən tanklar “T-72” tanklarıdır. Bu tankların Rusiya ordusunun silah arsenalına daxil olduğu, onların Ukrayna ordusunda olmadığı bildirilir. “Donetsk Xalq Respublikası”nın rəhbərliyi də Rusiyadan üç tank aldığını təsdiqləyib.

“Rusiya verdiyi sülh bəyanatlarına baxmayaraq, son üç gün ərzində zirehli texnikanın da daxil olduğu avtomobil karvanlarının Ukrayna ərazisinə keçmək cəhdlərini müşahidə edirik”, - Ukrayna daxili işlər naziri Arsen Avakov bildirib.

Rusiya isə Ukraynanı qadağan edilmiş silahların tətbiqində ittiham edir. Rusiyanın iddiasına görə, Ukrayna ordusu Slavyansk şəhərinin geri qaytarılması uğrunda gedən döyüşlərdə yandırıcı bombalardan istifadə edib. Kiyev bu ittihamları rədd edib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR