• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Yolun sonu gəldi, Ukrayna…

  • Dünya
  • 14 İyun 2014 12:20
  • 787 Baxış
Yolun sonu gəldi, Ukrayna…

Ukrayna, Moldova və Gürcüstanla Avropa Birliyi arasında assosiasiya haqqında razılaşmalar 27 iyunda Brüsseldə imzalanacaq.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının nümayəndəsi Pia Arenkilde jurnalistlərə açıqlamasında deyib.

Xatırladaq ki, Ukraynanın yeni prezidenti iyunun 7-də keçirilən andiçmə mərasimində xalqa müraciətində Avropa Birliyi ilə assosiativ sazişi mümkün qədər tez imzalayacağına söz verib. Onun sözlərinə görə, bu, Avropa Birliyinə tamhüquqlu üzv olmaq yolunda ilk addım olacaq.

Digər bir məlumata görə, Ukraynanın Avropa Birliyi ilə imzalamaq istədiyi assosiativ sazişlə bağlı Avropa Birliyi, Ukrayna və Rusiya arasında üçtərəfli məsləhətləşmələr keçiriləcək. Ekspertlər hesab edir ki, Ukraynanı Avropa yolundan saxlaya bilməyəcəyini başa düşən Kreml prosesdən minimal itkilərlə çıxmağa çalışır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR