Ukraynadan Rusiyaya 330 meyit göndərildi
Bizi izləyin

Dünya

Ukraynadan Rusiyaya 330 meyit göndərildi

Ukraynadan Rusiyaya 330 meyit göndərildi

Ukraynanın Rusiya ilə sərhəddə yerləşən Dyakovo rayonunda anti-terror əməliyyatı zamanı öldürülmüş 80 separatçının meyiti yola salınmağa hazır vəziyyətdədir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yerli sakinlərə istinadən məlumat yayıb.

Məlumata görə, Saur-Moqila və Dmitrovka yaşayış məskənlərinə Rusiyaya göndərilmək üçün daha 250 separatçının meyiti və 300 yaralı gətirilib.

Hazırda Rusiya tərəfi ölən və yaralananları qəbul etmək üçün Ukrayna sərhədini keçməyə cəhd edir. Sutka ərzində Rusiya Silahlı Qüvvələrinə məxsus hərbi maşın karvanı ölkənin 3-6 kilometr içərilərinə doğru girə bilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm