Əhməd Davudoğlu istefa çağırışlarına cavab verdi: “Əməliyyatın başındayam”
Bizi izləyin

Dünya

Əhməd Davudoğlu istefa çağırışlarına cavab verdi: “Əməliyyatın başındayam”

Əhməd Davudoğlu istefa çağırışlarına cavab verdi: “Əməliyyatın başındayam”

Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu “Mosul böhranı”ndan sonra ona edilən istefa çağırışlarına cavab verib.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, xarici işlər naziri “əməliyyatın başında mənəm. Bu vəziyyətdə istefa vermək olarmı?” deyib.

“Girovların azad edilməsi əməliyyatını mən idarə edirəm. İstefa verməyim insanların sağ-salamat ölkəyə gətirilməsini təmin edərsə, bir an belə düşünmədən istefa verərəm. Amma əməliyyatın başında olan bir adam bu işi buraxıb necə gedə bilər? Son dərəcə soyuqqanlı davranmaq məcburiyyətindəyik. Bu gün istefamı istəyənlər Dəməşqdə, Bengazidə, Beyrutda, Əfqanıstan dağlarında vətəndaşlarımızı xilas edəndə bir dəfə də olsun müsbət şeylər söylədimi?”, - Ə.Davudoğlu söyləyib.

Türkiyə mediasının verdiyi məlumata görə, Xarici İşlər Nazirliyində qurulan qərargahda “İraq Şam İslam Dövləti”nin (İŞİD) girov götürdüyü 79 türk vətəndaşının xilas edilməsi üçün işlər davam etdirilir. Onlardan 49-u Türkiyənin Mosul konsulluğunun işçiləri, 30-u isə İraqa mazut daşıyan sürücülərdir.

Məlumata görə, girovları azad etmək üçün İŞİD-lə təmas içində olan Milli İstihbarat Təşkilatı (MİT) 3 ayrı kanaldan çalışır. MİT əsas diqqəti İŞİD daxilindəki əlaqələrinə verir. Keçmiş BƏƏS-çilər və İraqın keçmiş prezidenti Səddam Hüseyn tərəfdarı olan sünnilər isə digər kanallardır.

Ömər Dağl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm