"Nurçu"lara daha bir zərbə - ŞOK ƏMƏLİYYAT
Bizi izləyin

Dünya

"Nurçu"lara daha bir zərbə - ŞOK ƏMƏLİYYAT

FTB Gülənin 19 məktəbinə basqın etdi

ABŞ-dakı Gülən məktəblərindən 19-na FTB tərəfindən basqın təşkil edilib. Ohayo, İndiana, İlinoys ştatlarındakı basqınların səbəbi e-təhsil tenderləri ilə əlaqədar olduğu bildirilib.

Publika.az xəbər verir ki, Ohayo əyalətində yayımlanan “Beacon Journal” qəzetinin xəbərinə görə FTB (Federal Təhqiqatlar Bürosu) agentləri ABŞ-ın Ohayo, İndiana, İlinoys ştatlarında Gülənin cəmi 19 məktəbinə basqın edərək bütün sənədləri müsadirə ediblər.

Məktəblərdə axtarış icazəsi isə ABŞ Təhsil Nazirliyi tərəfindən verilib. İstintaqı aparan agent Vicki Anderson verdiyi açıqlamada “ABŞ qanunlarına əsasən, xarici müəllimlərin (türklər) maaşı dövlət tərəfindən ödənilməməlidir. Bunu araşdırmaq üçün məktəblərə basqın edib bütün sənədləri müsadirə etdik” deyib.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm