Sabah Ukraynada matəm elan olundu
Bizi izləyin

Dünya

Sabah Ukraynada matəm elan olundu

Bazar günü Ukraynada antiterror əməliyyatında həlak olan hərbçi və əsgərlərin xatirəsinə matəm günü elan edilib.

Bazar günü Ukraynada antiterror əməliyyatında həlak olan hərbçi və əsgərlərin xatirəsinə matəm günü elan edilib.

Ukrayna prezidentinin mətbuat xidmətindən bildiriblər ki, matəm qərarını prezident Petro Poroşenko verib. O, ölənlərin ailəsinə başsağlığı verib.

“Bazar gününü mən həlak olan hərbçilərimizin xatirəsinə matəm günü elan edirəm. Bu, təkcə həlak olanların ailələri üçün yox, bütün ölkə üçün böyük itkidir. Biz matəm içindəyik, lakin qətiyyətlə sülh uğrunda mübarizəni davam etdiririk", - deyə ölkə başçısı bildirib.

“Bu səviyyədə terror aktında əli olan hər bir adam mütləq cəzasına çatacaq. Ukraynaya sülh lazımdır. Lakin terroristlər bizdən adekvat cavab almalıdır”, - deyə Poroşenko qeyd edib.

Prezident milli təhlükəsizlik yığıncağının keçirilməsi və ölənlərin ailələrinə kömək göstərilməsi barədə Nazirlər Kabinetə tapşırıq verib.

Qeyd edək ki, bu gün saat 1:10 radələrində eniş etmək üçün hava limanına doğru uçan Ukrayna HHQ-yə məxsus İl-76 hərbi daşıma təyyarəsi zenit raket kompleksindən atəşə tutularaq partladılıb. Təyyarənin göyərtisində 9 ekipaj üzvündən savayı 40 nəfər hərbçi olub. Onların hamısı həlak olub. Prokurorluq “terakt” maddəsi ilə cinayət işinə başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm