Maliki: "Mövqeyini tərk edən əsgərlər cəzalandırılacaq" - VİDEO
Bizi izləyin

Dünya

Maliki: "Mövqeyini tərk edən əsgərlər cəzalandırılacaq" - VİDEO

İraqın Baş naziri Nuri əl-Maliki İraqda baş verən son hadisələrdən sonra ilk dəfə sükutu pozaraq bəyanat verib.

İraqın Baş naziri Nuri əl-Maliki İraqda baş verən son hadisələrdən sonra ilk dəfə sükutu pozaraq bəyanat verib.

Nazir ölkənin şimalında öz mövqelərini tərk edərək islamçı qruplaşmalara qoşulan İraq əsgərlərini, baş verənlərə görə məsuliyyət daşıyanları və ya bu hadisələrdə rol oynayanları cəzalandırılacaqları ilə bağlı xəbərdarlıq edib.

"Onlar mühakimə olunmaqdan və cəzadan qaça bilməyəcəklər. Hətta öz öhdəliklərini yerinə yetirə bilməyənlər, qaçıb analarının yanında gizlənənlər də qanunla cəzalarını alacaqlarını, onlara qarşı ciddi tədbirlərin görüləcəyini bilməlidirlər. Biz onlara xəbərdarlıq etmişik ki, öz qüvvələrini bütöv saxlasınlar. Öz hərbi qüvvələrinə qoşulmaqdan imtina edənlər fərari hesab ediləcək və onlar hətta ölüm hökmü ilə də üzləşə bilərlər”, - deyə İraqın Baş naziri bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm