• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Damdan yıxılan inək çarpayıya düşüb-VİDEO

  • Dünya
  • 24 Yanvar 2014 16:46
  • 1 017 Baxış
Damdan yıxılan inək çarpayıya düşüb-VİDEO

Türkiyənin Bursa şəhərində qəribə hadisə baş verib.

Belə ki, evin damına çıxan inək dam çökdüyü üçün yataq otağına düşüb.

Hadisənin gündüz saatlarında baş verməsi və yataq otağında heç kimin olmaması da faciənin qarşısını alıb. İnək düşən vaxt səsin gəldiyi tərəfə qaçan ailə çarpayının üstündə inəyi görəndə nə edəcəklərini bilməyiblər. Şokdan çıxan ailə üzvləri inəyə saman verib sakitləşdirərək evdən çıxara bilib.

“İnək də, biz də şanslıydıq”

Mobil telefonla baş verənləri lentə alan ailə üzvlərindən biri hadisənin gecə baş vermədiyi üçün şanslı olduqlarını bildirib:

“İnək düz çarpayının üstünə düşdü. Əgər orada yatmış bir nəfər olsaydı, yəqin ki, şikəst qalardı. Səsi eşidib içəri qaçanda əvvəlcə nə baş verdiyini anlamağa çalışdıq.

Sonra hamımız bu komik hadisəyə güldük. İnək də çox şanslı imiş. Düz yatağın üstünə dörd ayağının üzərinə düşmüşdü. İnək də bizdə çox şanslıydıq”.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR