Avstriya hökumətindən Ərdoğana xəbərdarlıq
Bizi izləyin

Dünya

Avstriya hökumətindən Ərdoğana xəbərdarlıq

Avstriya Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanı xəbərdar edib ki, gələn həftə (iyunun 19-da) bu ölkəyə etdiyi səfər zamanı “cəmiyyəti parçalayacaq” heç bir ehtiyatsız söz işlətməsin.

Avstriya Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanı xəbərdar edib ki, gələn həftə (iyunun 19-da) bu ölkəyə etdiyi səfər zamanı “cəmiyyəti parçalayacaq” heç bir ehtiyatsız söz işlətməsin.

Türkiyə lideri ötən həftə Almaniyada Köln şəhərindəki çıxışı zamanı türk mənşəli alman müxalifət liderinin ünvanına ehtiyatsız ifadə işlədərək türklərin assimilyasiyasına qarşı çıxdığı üçün tənqid hədəfinə gəlib.

“Mən açıq şəkildə baş nazir Ərdoğanı xəbərdar edirəm: o, Avstriya cəmiyyətinə parçalanma salmamalıdır. Əgər o, Almaniyadakı kimi çıxış eləsə, ilk növbədə türk emiqrantlara ziyan vurmuş olacaq ”, - deyə ölkənin xarici işlər naziri (əvvəllər inteqrasiya naziri olub) Sebastyan Kurts bildirib.

Xatırladaq ki, Avstriyada 250 minə yaxın türk yaşayır. Ərdoğanın Avropa ölkələrinə səfərləri xaricdə yaşayan Türkiyə vətəndaşlarını qarşıdakı prezident seçkiləri ilə bağlı dəstəyini almaqdır. /Musavat/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm