• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Erməniləri sarsıdıcı hücum gözləyir - AÇIQLAMA

  • Dünya
  • 15 İyun 2014 10:21
  • 2 874 Baxış
Erməniləri sarsıdıcı hücum gözləyir - AÇIQLAMA

Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı vuruşan “Nüsrə Cəbhəsi” adlı qruplaşmanın döyüşçüləri Türkiyə sərhədi yaxınlığında yerləşən və ermənilərin kompakt yaşadığı Kesab şəhərini tərk ediblər.

Bu barədə Suriyada fəaliyyət göstərən İnsan Hüquqları Mərkəzindən məlumat veriblər. Məlumatda qeyd olunub ki, ekstremistlərin və üsyançıların əksəriyyəti şəhəri artıq tərk ediblər. Hazırda hökumət qoşunları Livanın “Hizbullah” hərəkatının dəstələri ilə birgə Kesab şəhərinə hücuma keçmək üçün ətraf qəsəbələrdə mövqe tuturlar.

Qeyd edək ki, “Nüsrə Cəbhəsi” və “Əhrar əş Şam” qruplaşmalarının silahlıları və üsyançıları mart ayında Suriyanın şimali-şərqində yerləşən Kəsab şəhərinə soxulublar.

Xatırladaq ki, İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Mosul şəhərində İraq-Şam İslam Dövləti silahlıları ilə hökumət qüvvələri arasında başlayan qarşıdurmalar geniş vüsət alıb. İŞİD silahlıları Mosul şəhərində rəhbərliyi tamamilə ələ keçirdiklərini bəyan ediblər.


Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar kişiləri orduya çağırıb. Maliki həmçinin Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib. /ans/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR