Dünya
8 yaşında tarixə düşdü
Claudia Burkill adlı uşaq 8 yaşında xərçəngə qalib gələrək tibb tarixinə düşüb.
Həkimlərin verdiyi məlumata görə, Burkill 3 il əvvəl 5 yaşında olarkən həkimlər ona xərçəng diaqnozu qoyublar. “Pineopkatom” adı verilən nadir hallarda rast gəlinən xərçəng növündən əziyyət çəkən uşağın bir neçə həftə ərzində öləcəyi deyilib. Lakin azyaşlı uşaq üçün hələ təcrübə müddətində olan italyan həkimlərə məxsus müalicə başladılıb. 44 seans davam edən radio terapiya müalicəsindən sonra Burkill xərçənglə mübarizəni başa vurub.
C.Burkillin anası jurnalistlərə müsahibəsində bunları deyib: “2011-ci ildə tətildən qayıtdıqdan sonra qızım xəstələndi. Başı ağrımağa başladı. Xəstəxanaya apardığımız zaman həkimlər beynində şiş olduğunu və xilas olmaq şansının qalmadığını dedilər. Biz qızımızın öləcəyini düşünürdük. Cənazə üçün hazırlıqlara belə başladıq. Sonra kiçik də olsa, bir ümid yeri yarandı. 694 gün qızımla birlikdə xərçəngə qarşı mübarizə apardıq. Sonunda qızım qalib gəldi və yaşamağı bacardı”. /Teleqraf/
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək