Rusiya Ukraynanı məhkəməyə verdi
Bizi izləyin

Dünya

Rusiya Ukraynanı məhkəməyə verdi

Rusiya Ukraynı məhkəməyə verdi

Rusiyanın “Qazprom” şirkəti Ukraynanın “Naftoqaz” şirkətini Stokholm məhkəməsinə verdi.


ANS -in məlumatına görə, “Qazprom” təqribən 4,5 milyard dollar məbləğində borca görə Stokholm arbitraj məhkəməsində iddia qaldırıb.


Rusiya tərəfi mübahisəyə səbəb kimi “Naftoqaz” şirkətinin 2009-cu ildə bağlanan qaz müqaviləsinə düzgün riayət etmədityindən 4,5 milyard dollar borcun yığılması kimi göstərir.


Daha əvvəl “Qazprom” Ukrayna üçün avans rejimi (borcun müəyyən hissəsinin avans olaraq ödənilməsi) elan etmişdi. Buna baxmayaraq müqaviləyə əsasən “Naftoqaz” təbii qazın üçüncü ölkələrə təhlükəsiz tranzitini təmin etməlidir. Lakin bir daha “Naftoqaz”ın tranzit axınına qanunsuz müdaxiləsi mümkün olduğu üçün Avropa Komissiyası da xəbərdarlıq edilib.


Artıq bu gündən etibarən “Naftoqaz” Rusiya qazının yalnız əvvəlcədən ödənilmiş hissəsini ala biləcək.

Qeyd edək ki, ötən gün Rusiya, Ukrayna və Avropa komissiyası arasında Kiyevdə baş tutan üçtərəfli görüş nəticəsiz qurtarıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm