Erməni mətbuatı: “Türkiyə Rusiyanı çökdürəcək”
Bizi izləyin

Dünya

Erməni mətbuatı: “Türkiyə Rusiyanı çökdürəcək”

Erməni mətbuatı: “Türkiyə Rusiyanı çökdürəcək”

“Türkiyə Avrasiya İqtisadi İttifaqına qəbul olunsa, bu Rusiya üçün son olacaq”.

Axar.az xəbər verir ki, bu iddia ilə Ermənistan mətbuatı çıxış edib. Mətbuat Türkiyənin bu addımına Qərbin müdaxilə etməyəcəyini bildirib:

“Türkiyənin Avrasiya İttifaqına qəbulu ilə Rusiya təklənəcək. Qazaxıstan və digər türk dövlətləri onsuz da illərdir əziyyət çəkdikləri rus təzyiqini bununla yox etmiş olacaqlar. Məhz Rusiyanın sayəsində Ermənistan Avropa İttifaqına gedən bütün yollarını bağladı. İndi isə Qazaxıstan, Azərbaycan və Türkiyə üçlüyü onun Avrasiya İttifaqına yolunu bağlayıb. Ermənistan hazırda çıxılmaz vəziyyətdədir. Ruslara Türkiyənin təsir etmək imkanı getdikcə güclənir. Üstəlik, Qərb də bu addıma mane olmayacaq. Avropada çox yaxşı anlayırlar ki, Türkiyənin Rusiyaya təsiri güclüdür və bu şimal imperiyasının nəzarətindəki əraziləri onun təzyiqindən yalnız İstanbul azad edə bilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm