Tərk edilmiş şəhərlər…- Ağdam
Bizi izləyin

Dünya

Tərk edilmiş şəhərlər…- Ağdam

Tərk edilmiş şəhərlər

Craco, İtaliya

1800-cü ilin sonlarında şəhərin əhalisi 2000-ə çatmışdı. Zamanla inkişaf edən orta əsrlər qəsəbəsi olub. Lakin kənd təsərrüfatı problemləri şəhərdə pis dövrün başlanmasına səbəb olub. 1892 və 1922-ci illər arasında kənd təsərrüfatı problemlərinə görə bir çox insan oradan köçüb. Qəsəbədə qalan digər insanlar da zəlzələ, müharibə kimi səbəblərdən oranı tərk ediblər və Craco Peschiera adlı başqa bir vadiyə köçüblər. Buna görə Craco tərk edilmiş və xaraba bir yer olaraq qalıb.

Kayaköy, Türkiyə

Qəsəbə 1700-cü ildə inşa edilib və o vaxtlar 2000 əhalisi olub. I Dünya Müharibəsindən sonra Türkiyə-Yunanıstan müharibəsi başlayıb. 1923-cü ildə Kayaköydə məskunlaşan Qərbi Trakya Türklərinin buradakı infrastruktura uyğunlaşmamalarına görə köç baş verib. Qışları sərt keçən kəndin sakinləri kəndi tərk etdiyi üçün həmin yer sözün əsl mənasında köhnəlib.

Ağdam, Azərbaycan

Qarabağın tərk edilmiş qəsəbəsində bir zamanlar 150.000 adam yaşayırdı. Ermənistan Silahlı Qüvvələrinin dəstəyi ilə Erməni qüvvələri tərəfindən işğal edilib. Və əhali şərqə köç edib. Bu gün Erməni və Azərbaycan arasında yer alan Ağdam tamamilə qarabasma görüntüsü yaradır.

Gunkanjima, Yaponiya

Kimsəsiz Yapon adalarından biridir. Adadan yeraltı kömür çıxarmaq məqsədi ilə bir şirkət tərəfindən 1890-ci ildə satın alınıb. 1916-cı ildə qasırğadan qorunmaq üçün adada ilk beton bina inşa edilib. İşçilər üçün təhlükəsizliyi təmin edən bu binalar Yaponiyanın ən sıx əhalisi olan şəhərlərindən biri halına gəlib. Lakin kömür mədənləri bütün dünyada bağlandığı üçün 1970-ci ildə burada da bağlanıb. Bu bölgəyə səyahət qadağan edilib.

Kadykchan, Rusiya

SSRİ süqut edəndə Kadykchan bərbad şəhərlərdən biri idi. Təhsil, səhiyyə və su qaynaqları kimi problemlər yaşayan xalq şəhəri tərk etmək məcburiyyətində qalıb. Əhaliyə dövlət tərəfindən yardım edilib. Şəhəri tələsik tərk etmək məcburiyyətində qalan xalq unutduqları oyuncaq, mebel və paltarlarını hələ də tapmağa çalışırlar .

Pripyat, Ukrayna

1970-ci ildə inşa edilən və tez zamanda tərk edilmiş bu şəhər SSRİ-də doqquzuncu nüvə şəhəri olub. Sadəcə 16 il yaşayan şəhər Çernobıl fəlakətindən sonra qarabasma şəhərə çevrilib. Yaxşı inkişaf etmiş bu şəhər təxminən 50.000 insana xidmət edən qatar stansiyasına sahib idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm