Dünya
Moskva bir ayda ikinci dəfə pərt oldu
BMT Təhlükəsizlik Şurası Rusiyanın təqdim etdiyi Ukraynada vəziyyət haqqında qətnamə layihəsini rədd edib.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə BMT Təhlükəsizlik Şurasının qapalı keçirilən iclasından sonra Rusiyanın qurumdakı daimi nümayəndəsi Vitali Çurkin deyib.
Xatırladaq ki, bu Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi iyun ayı ərzində təqdim etdiyi ikinci qətnamə layihəsidir. Onlardan birincisi humanitar vəziyyətlə bağlı idi. Son qətnamə isə böhranın siyasi yolla tənzimlənməsini nəzərdə tutur.
Rusiyalı diplomat Ukrayna ordusunun yaşayış məntəqələrinə ağır artilleriyadan atəş açdığını bildirib. V.Çurkin idarə olunmayan raketlər və “qeyri-insani silahlar”ın tətbiqindən də narahatlığını dilə gətirib. Diplomat jurnalistlərə qarşı işgəncələrin də müntəzəm xarakter daşıdığını bildirib. O, qətnamə layihəsində Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünə istinadlar olduğunu vurğulayıb.
Rusiya nümayəndəsi qətnamə layihəsinin bütün tərəflərin maraqlarına uyğun şəkildə hazırlandığı barədə çıxışına baxmayaraq, Moskva istəyinə çatmayıb.
Ömər Dağlı
-
Hadisə18:38
Azərbaycanlı iş adamının qətlini o qadın sifariş edib? - ŞOK İDDİA
-
Hadisə18:30
Bakıda bazar yanır - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Sosial17:50
Cavanşir Məmmədov kostyumla dəfn edilib?
-
Dünya17:45
Ərdoğan bu sarayda HƏMAS lideri ilə GÖRÜŞDÜ
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü