Rusiyada terrorçuluqda şübhəli bilinən türk həbs olundu
Bizi izləyin

Dünya

Rusiyada terrorçuluqda şübhəli bilinən türk həbs olundu

Rusiyada terrorçuluqda şübhəli bilinən türk həbs olundu

Rusiyanın Volqoqrad şəhərində Türkiyə vətəndaşı həbs edilib.

Publika.az “Ria-Novosti”yə istinadən xəbər verir ki, 43 yaşlı Türkiyə vətəndaşı terrorçulara maliyyə və təchizat yardımı etməkdə şübhəli bilinir. Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, şübhəli şəxs ötən ilin dekabrından İnterpol xətti ilə axtarışa verilib.

Xatırladaq ki, ötən il Volqoqradda 3 terror aktı baş verib. 2013-cü ilin oktyabrında terror aktı nəticəsində sərnişin avtobusu partladılıb. İlin sonuna yaxın isə dəmiryol vağzalı və trolleybusun salonunda partlayışlar olub. Terror aktları nəticəsində ümumilikdə 34 nəfər həlak olub.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm