Müxalifət liderləri Rusiyada “arzuolunmaz şəxs” hesab oluna bilər
Bizi izləyin

Dünya

Müxalifət liderləri Rusiyada “arzuolunmaz şəxs” hesab oluna bilər

Rusiya parlamentariləri Rusiya qanunvericiləri Ukraynada müxalifət liderlərinin antirus ritorikasından narahatdır. Deputat Y.Zelinskinin sözlərinə görə, Ukraynanın müxalifət liderlərinin antirus çıxışları onları Rusiya-Ukrayna sərhədinin bağlanmasının məq

Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitənin üzvü Yan Zelinski Ukrayna müxalifətinin liderlərinin Rusiya ərazisində “arzuolunmaz şəxs” elan edilməsi xahişi ilə xarici işlər naziri Sergey Lavrova müraciət hazırlayıb.

Publika.Az –ın verdiyi xəbərə görə, bu barədə Rusiyanın “İzvestiya” qəzeti yazıb.Qəzet yazır ki, Rusiya parlamentariləri Rusiya qanunvericiləri Ukraynada müxalifət liderlərinin antirus ritorikasından narahatdır. Deputat Y.Zelinskinin sözlərinə görə, Ukraynanın müxalifət liderlərinin antirus çıxışları onları Rusiya-Ukrayna sərhədinin bağlanmasının məqsədəuyğunluğu haqqında fikirləşməyə məcbur edir. Duma üzvü ən azından Ukrayna Ali Radasındakı fraksiya liderləri Oleq Tyaqnibok və Arseni Yasenyukun “arzuolunmaz şəxs”lərin yer aldığı siyahıya daxil edilməsinin vacib olduğunu bildirir.

“Mən Rusiya xarici işlər nazirinə Kiyev hadisələrinin bəzi iştirakçılarının “arzuolunmaz şəxs” hesab olunmasına məsələsinə baxmağa çağırıram. Xarici İşlər Nazirliyi təklifə baxmalı və qiymətləndirməlidir. Rusiyada belə xarici qonaqlar arzu olunan deyil”, - Y.Zelinski dilə gətirib.

Dövlət Dumasının müdafiə məsələləri üzrə komitənin üzvü Frans Klinseviç isə qeyd edib ki, belə bir addımın nə qədər effektli olmasını deməyin çətin olmasına baxmayaraq, Rusiya Ukrayna millətçilərinin antirus fikirlərinə hansısa formada reaksiya verməlidir.

Ukraynalı politoloq, Qlobal Strategiyalar İnstitutunun direktoru Vadim Karasev hesab edir ki, xüsusi halda millətçi Oleq Tyaqnibokun Rusiyaya girişinə qadağa qoyulması, onun tərəfdarlarının sayını artıracaq. “Bu lazımsız bir qərar olardı. Radikal siyasi qruplarla mübarizə üçün başqa vasitələri axtarmaq lazımdır. Rusiyanın belə bir qərar verməsi Tyabnikov və başqalarına yalnız əlavə məşhurluq gətirəcək”, - Ukrayna politoloq deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm