“DXR”in lideri Putinin yaxın ətrafını “satdı”
Bizi izləyin

Dünya

“DXR”in lideri Putinin yaxın ətrafını “satdı”

“DXR”in Putinin yaxın ətrafını “satdı”

"Donetsk Xalq Respublikası”nın lideri Denis Puşilin yardım almaq üçün Moskvada Rusiya siyasətçiləri ilə məsləhətləşmələr keçirir.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə onun özü Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

Separatçıların lideri Rusiya Federasiyası prezidentinin köməkçisi Vladislav Surkov, Federasiya Şurasının spikeri Valentina Matviyenko, Rusiya prezidentinin məsləhətçisi Serqey Qlazyev və Rusiya Liberak Demokrat Partiyasının sədri Vladimir Jirinovski ilə məsləhətləşmələrin keçirildiyini deyib. D.Puşilin məsləhətləşmələrdə iqtisadi məsələlərin müzakirə olunduğunu dilə gətirib. O, Donetsk vilayətinə nə vaxt qaydacağı barədə suala cavab verməkdən imtina edib.

“Donetsk Xalq Respublikası”nın Rusiyaya birləşməsinə gəlincə, separatçıların lideri bu məsələnin döyüş əməliyyatları başa çatandan sonra həll ediləcəyini söyləyib. D.Puşilin həmçinin bildirib ki, Donetsk vilayətində onlara “vergi” ödəməyən müəssisələr milliləşdirilməlidir.

Xatırladaq ki, “Donetsk Xalq Respublikası” liderinin Moskvada olması barədə ilk informasiya 11 iyunda yayılmışdı. Həmin vaxt V.Jirinovski separatçıların lideri ilə görüşmüş, D.Puşilin ilə şəklini “twitter” səhifəsində paylaşaraq “Denis Puşilin Moskvadadır” yazmışdı.

D.Puşilin Ukrayna-Rusiya sərhədini neçə keçdiyi isə məlum deyil.

O, Ukrayna Baş Prokurorluğunun xahişi ilə məhkəmə tərəfindən axtarışa verilib. D.Puşilin 2014-cü il mart-may aylarında “Donetsk Xalq Respublikası” terror təşkilatının yaradılması, terrorizm fəaliyyəti, vətəndaşların qətli və inzibati binaların tutulmasına görə ittiham olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm