Baş nazirin dinlənildiyi ünvanlara basqın oldu
Bizi izləyin

Dünya

Baş nazirin dinlənildiyi ünvanlara basqın oldu

Baş nazirin dinlənildiyi ünvanlara basqın oldu

Ərdoğanın dinlənilməsinə dair davam edən istintaqda aralarında keçmiş polis rəislərinin yaşadığı evlər də olmaqla 15 ünvana basqın edilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir R.T.Ərdoğan avtomobilində və ofisində tapılan dinləmə cihazları ilə bağlı başlanan istintaqı aparan prokuror Duran Çətinə təlimat verib.

Başlanan əməliyyat aralarında keçmiş polis rəisləri də olmaqla 15 şübhəli şəxs haqqında casusluq ittihamı ilə axtarış və həbs qərarı verilib. Axtarış tədbirləri çərçivəsində Ankara Respublika Prokurorluğunun təlimatı ilə 15 ünvana basqın təşkil edilib və 15 nəfər yaxalanıb. Bir nəfərin isə ölkə xaricində olduğu deyilir.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm