Əl-Qaidə Keniyanı qana buladı: 48 ölü
Bizi izləyin

Dünya

Əl-Qaidə Keniyanı qana buladı: 48 ölü

Keniyanın Mpeketonu şəhərində polis bölməsinə və iki hotelə təşkil olunan hücumda ən azı 48 nəfərin öldüyü deyilir.

Publika.az xəbər verir ki, hücumu Əl-Qaidəyə bağlı olan Əl-Şəbab terrorçuları təşkil edib. Hücumda polis bölməsi və iki hotel hədəfə götürülüb. Ən azı, 48 nəfərin öldüyü qeyd olunur.

Keniyada xristianların çox yaşadığı Mpeketoni şəhəri bundan əvvəl də Əl-Şəbabın hücumuna məruz qalmışdı. İki ay əvvəl şəhərdəki bir kilsədə əl bombası tapılıb məhv edilmişdi.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm