Ukrayna “hərbi forması”ndan rus diversantları çıxacaq
Bizi izləyin

Dünya

Ukrayna “hərbi forması”ndan rus diversantları çıxacaq

Ukrayna “hərbi forması”ndan rus diversantları çıxacaq

Rusiya Federasiyasının Rostov vilayəti ərazisində Ukraynanın Silahlı Qüvvələrinin formasını geyinən Rusiya diversiya-kəşfiyyat qrupları yığılır.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun nümayəndəsi Dmitri Tımçuk bildirib.

Hərbi ekspertin sözlərinə görə, diversiya-kəşfiyyat qrupları, əsasən, Rostov vilayətinin Kamensk-Şaxtinski, Qukovo və Novoşaxstinski rayonlarında cəmlənib. “Diversiya-kəşfiyyat qrupları terrorçu qruplaşmalarının gücləndirilməsi üçün Ukraynanın ərazisinə keçməyə hazırdır. Onların ümumi sayı min nəfərdən çoxdur. Bu qrupların əsas hərəkət istiqaməti isə Luqansk, Staniçno-Luqansk və Sverdlovskdur”, – D.Tımçuk qeyd edib. Həmçinin Rusiyanın sərhəd rayonlarında Ukraynanın şərq sərhədlərinin uzununa Rusiya qoşunları cəmlənmişdir.

Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri həmçinin qeyd edib ki, Donetsk istiqamətində 6500, Luqansk və Xarkov istiqamətində 4100, Sumsk və Çerniqov istiqamətində isə 2500-dən çox Rusiya hərbçisi yerləşdirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm