Rusiyanın tanınmış jurnalisti Ukraynada ödürüldü (YENİLƏNDİ)
Bizi izləyin

Dünya

Rusiyanın tanınmış jurnalisti Ukraynada ödürüldü (YENİLƏNDİ)

18:29

Rusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin müxbiri İqor Kornelyuk və səs rejissoru Anton Voloşin Luqansk ətrafında gedən döyüşlər zamanı öldürülüb.

Kornelyuk xəstəxanada, əməliyyat stolunda keçinib. Separatçılar səs rejissoru Valoşinin də həlak olduğunu desələr də hələlik onun cəsədi tapılmadığından itkin düşmüş sayılr.

16:04

Ukraynanın Luqansk vilayəti ətrafında gedən döyüşlərdə rus jurnalisti ağır yaralanıb.

Publika.az “Ria-Novosti”yə istinadən xəbər verir ki, Ukraynada, Luqansk yaxınlığındakı Mirni qəsəbəsindəki döyüşlərdə Rusiya dövlət telekanalının jurnalisti İqor Karnelyuk ağır yaralanıb. Hadisə Ukrayna qvardiyaçılarının qəsəbəni minaatanlardan atəşə tutarkən baş verib. Hazırda həkimlər Kornelyukun həyatını xilas etməyə çalışırlar.

Qondarma Luqansk Xalq Respublikası hökumətinin mətbuat xidmətinn rəhbəri Vladimir İnoqorodskinin bildirdiyinə görə, Mirni qəsəbəsi dayanmadan bombalanır. Separatçılardan 30 nəfər öldürülüb, çoxlu sayda yaralı var.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm